Bakı Mühəndislik Universitetinin (BMU) tələbələrinin istehsalat təcrübəsi (16 fevral-24 may) başa çatıb.
Cari tədris ilində İqtisadiyyat və idarəetmə fakültəsi üzrə 297, Memarlıq və inşaat fakültəsi üzrə 253, Mühəndislik fakültəsi üzrə 336 nəfər olmaqla cəmi 886 tələbə istehsalat təcrübəsində olub.
Tələbələr istehsalat təcrübəsini (Ekologiya və Təbii Sərvətlər Nazirliyi, SOCAR, Azərenerji ASC, Azərişıq ASC, Azərsun Holdinq, Azərsu ASC, Azərkimya İstehsalat Birliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu, Aqrar Sığorta Fondu, Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı QSC, Abşeron Logistika Mərkəzi, Azərbaycan Dəmir Yolları QSC, Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası, Sumqayıt Texnologiyalar Parkı, Azertexnolayn MMC, Veysəloğlu Şirkətlər Qrupu, Bank of Baku, Kapital Bank, Atəşgah Sığorta şirkəti ASC, Azər Türk Bank, Azərbaycan Beynəlxalq Bankı, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan ASAN Xidmət və Elektron Hökumətin İnkişafı Mərkəzi, İnnovasiyalar Mərkəzi, Meksikanın Azərbaycandakı səfirliyi, Aztelekom MMC, Abşeron Rayon İcra Hakimiyyəti və digər dövlət, həmçinin özəl müəssisələrdə) keçiblər.
İyun ayının 6-dək müvafiq ixtisas kafedralarında tələbələrin təcrübələrinin attestasiyası təşkil olunacaq.Bununla yanaşı, müəssisələr tərəfindən elan olunan təqaüdlü yay təcrübə proqramlarında BMU tələbələrinin iştirakını təmin etmək üçün aktiv iş aparılır.
Bu məqsədlə PAŞA Bank, SOCAR, Paşa Kapital İnvestisiya Şirkəti, Norm Sement zavodu, “UNICO” tikinti şirkətinin nümayəndələri ilə mütəmadi olaraq görüşlər təşkil olunur.
İctimaiyyətlə əlaqələr şöbəsi