Bakı Mühəndislik Universitetinin (BMU) bir qrup əməkdaş və tələbələri Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar təşkil olunan konfrans və sərgidə iştirak ediblər.
Universitetin Mühəndislik fakültəsinin əməkdaşları-dekan Hüseyn Mirzəyev, dekan müavini Osman Mirzəyev, Logistika və nəqliyyat texnologiyaları kafedrasının müdiri Bəxtiyar Namazovun qatıldığı sərgidə fakültə tələbələri tərəfindən hazırlanmış robot və dronlar nümayiş olunub.
BMU-nun stendində tələbələr tərəfindən sərgilənən layihələr ziyarətçilərin və FHN Akademiyasının rəisi, general-mayor Baba Salayevin marağına səbəb olub. Stendlə yaxından tanış olan general-mayor Baba Salayevin layihələrlə, xüsusilə hazırlanan dronlarla bağlı suallarını BMU tələbələri ətraflı cavablandırıblar.
Tədbirin sonunda tələbələr Akademiyanın müxtəlif təyinatlı laboratoriyaları ilə də tanış olublar.
İctimaiyyətlə əlaqələr şöbəsi