BMU tələbələrinə tibbi xidmətlər üçün endirim fürsəti

30 Yanvar 2025
BMU tələbələrinə tibbi xidmətlər üçün endirim fürsəti

“Referans Medical Group” TələbəPlus-a qoşulub. Bununla əlaqədar Təhsilin İnkişafı Fondu (TİF) və “Referans Medical Group” arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən tələbələr TələləPlus kartı ilə “Referans Medical Group”un ölkə üzrə bütün filiallarında təqdim olunan tibbi xidmətlər üçün 10% endirim əldə edə biləcəklər. Eyni zamanda, tələbələr Bakıda yerləşən bütün filiallarda ildə bir dəfə olmaqla ödənişsiz çek-ap müayinəsindən yararlanmaq imkanı əldə edirlər (https://shorturl.at/icUJn).

Çek-ap-a terapevt müayinəsi, görmənin yoxlanması, boy, çəki, bədən kütlə indeksi monitorinqi, ağciyərlərin rentgen müayinəsi, qarın boşluğu USM, qanın ümumi analizi xidmətləri daxildir.

Çek-ap müayinəsi ilə bağlı öncədən qeydiyyat mütləqdir və çağrı mərkəzi ilə *0033 nömrəsi vasitəsilə əlaqə saxlanılmalıdır.

Qeyd edək ki, “TələbəPlus” layihəsi TİF, Kapital Bank və “Visa” beynəlxalq ödəmə texnologiyaları şirkətinin əməkdaşlığı çərçivəsində gerçəkləşdirilir və vahid tələbə kartlarının tətbiq edilməsini nəzərdə tutur. Builki tədris ilindən etibarən tətbiq olunan vahid tələbə kartı universitetə giriş-çıxış, debet, ödəniş kartı kimi istifadə ilə yanaşı, tələbələrə endirim, güzəşt və kəşbək imkanları təklif edir. Ötən ilin sentyabrında BMU  ilə  Təhsilin İnkişafı Fondu arasında “TələbəPlus” layihəsi çərçivəsində əməkdaşlıq müqaviləsi imzanıb və universitet layihəyə qoşulan ilk ali təhsil ocaqlarından biri olub.

Digər xəbərlər