BMU tələbələrinə Dizayn ixtisası üzrə Rəsm və rəngkarlıq dərsləri keçirilir (fotosessiya)

28 Oktyabr 2019
BMU tələbələrinə Dizayn ixtisası üzrə Rəsm və rəngkarlıq dərsləri keçirilir (fotosessiya)

 

Bakı Mühəndislik Universitetində (BMU) Dizayn ixtisası üzrə təhsil alan II kurs tələbələrinə Rəsm və rəngkarlıq dərsləri keçirilir. Bu dərslərdə tələbələr hazırladıqları tapşırıqları A2 və A3 formatında müəyyən qalınlıqlardakı kağızlarda sulu boya və quaş ilə boyayırlar.

Rəngkarlıq 3 və Rəsm 3 fənləri Dizayn ixtisası üzrə II kurs tələbələri üçün iki əsas Təsviri incəsənət fənlərindən biridir. Dərslər tələbələrdə yaradıcılıq qabiliyyətini artırmaq məqsədi ilə müasir dövrün tələblərinə və dünya standartlarına uyğun şəkildə tədris edilir. Bununla yanaşı, dərslər interyer və eksteryerdə istifadə edilən fərqli formalardan ibarət rəngli kompozisiya konteksti əsasında qurulur. 

Dizayn ixtisasının tələblərinə uyğun olaraq qrafiki ifadə üsullarının mənimsənilməsi vasitəsilə plan, həcmi-fəza mühitlərinin qavranılması məsələləri əsas götürülərək formal həndəsi bədii-estetik təfəkkürün formalaşmasına diqqət yetirilir. Fənlərin tədrisində interyer və eksteryerdə istifadə edilən memarlıq formalarının müxtəlif rakurslarda tələbələrə təsviri metodlarını öyrətməklə yanaşı, rənglərdən istifadə bacarığı da öyrədilir. Hazır olan işlər isə müxtəlif tədbirlərdə sərgilənir.

 

İctimaiyyətlə əlaqələr şöbəsi

 

Digər xəbərlər