Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri üçün “Norm” ASC-nin aparıcı mütəxəssisləri tərəfindən master-klassların keçirilməsi davam etdirilir. Bu istiqamətdə növbəti tədbir “Müasir biznes mühitində keyfiyyətin yaxşılaşdırılması” mövzusunda təşkil olunub.
Tədbirdə ASC-nin Keyfiyyətə nəzarət və və keyfiyyətə zəmanət üzrə baş mühəndisi Lətafət Kəngərli təqdimatla çıxış edərək şirkətin keyfiyyət strategiyası haqda ətraflı məlumat verib.
“Norm” ASC-nin laboratoriyalarından da söz açan baş mühəndis orada dünyanın ən nüfuzlu şirkətlərinin istehsalı olan avadanlıqlardan istifadə olunduğunu bildirib. O, yaradılmış imkanlar və ən müasir texnologiyaların tətbiqi, eləcə də keyfiyyəti təkmilləşdirmə alətləri əsasında müştərilərin ehtiyac və tələblərinə uyğun keyfiyyətin əldə olunduğunu fikirlərinə əlavə edib.
Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb.
İctimaiyyətlə əlaqələr şöbəsi