BMU tələbələri yeni startap layihəsi haqda məlumatlandırılıb

11 Aprel 2023
BMU tələbələri yeni startap layihəsi haqda məlumatlandırılıb

Bakı Mühəndislik Universitetində (BMU) tələbələr üçün startaplarla bağlı növbəti məlumatlandırıcı tədbir təşkil olunub.

Tədbirdə "ASE Asya Afrika Hızlı Kargo ve Dağıtım" MMC-nin direktor köməkçisi Tural Məmmədov təmsil etdiyi şirkətin yeni startap layihəsi haqda təqdimatla çıxış edib. Bildirib ki, bu layihəyə gənc kadrları cəlb etmək niyyətində olan şirkət startap komandası üçün proqramlaşdırma (back-end, front-end) ilə maraqlanan tələbə və məzunların axtarışındadır. BMU tələbələrini şirkətdə təcrübə keçməyə dəvət edən MMC rəsmisi onlara təcrübə proqramı, peşəkar komanda ilə işləmə imkanlarından söz açıb.

T.Məmmədov, həmçinin adıçəkilən MMC-nin fəaliyyət istiqamətləri haqda tələbələrə məlumat verib. Qeyd edilib ki, şirkət hava yolu daşımaları, beynəlxalq kuryer xidməti, quru yolu daşımaları, konteyner (dəniz yolu) daşıma növləri üzrə logistika xidmətləri göstərilməsi sahəsində 29 illik təcrübəyə malikdir. Son 8 il ərzində elektron ticarət sahəsində də fəal iştirakı ilə seçilən MMC-nin hazırda müxtəlif ölkələrdə yüksək dövriyyəyə malik beynəlxalq onlayn platformaları aktiv fəaliyyətdədir.

Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb və şirkətdə təcrübə keçmək istəyən tələbələrin qeydiyyatı aparılıb.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər