BMU tələbələri Ümummilli Liderin 100 illik yubileyi münasibətilə Abşeron rayonunda keçirilən ağacəkmə aksiyasında iştirak ediblər

30 Mart 2023
BMU tələbələri Ümummilli Liderin 100 illik yubileyi münasibətilə Abşeron rayonunda keçirilən ağacəkmə aksiyasında iştirak ediblər

Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibəti ilə Abşeron rayonunda keçirilən ağacəkmə aksiyasında yaxından iştirak ediblər.

Gənclərin və könüllülərin fəal qatıldığı aksiyada Abşeronun iqlim şəraitinə uyğun 1000-ə yaxın həmişəyaşıl ağaclar əkilib.

Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının sədri, şəhid ailələri və qazilər iştirak edib.

Qeyd edək ki, yeni salınmış yaşıllıq zonasının daimi suvarılmasını təmin etmək məqsədi ilə suvarma şəbəkəsi qurulub.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər