BMU tələbələri üçün "STEAM Azerbaijan" layihəsinə qoşulmaq imkanı

24 Oktyabr 2022
BMU tələbələri üçün "STEAM Azerbaijan" layihəsinə qoşulmaq imkanı

Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri Elm və Təhsil Nazirliyinin Təhsil İnstitutunun dəstəyi ilə 2019-2020-ci tədris ilindən start götürən "STEAM Azerbaijan" layihəsinə qoşula bilərlər.

“Beynəlxalq STEAM Azərbaycan Festivalı 2022”-də iştirak etmək üçün müvafiq şərtlər nəzərdə tutulur. Belə ki, müsabiqəyə bir layihə rəhbəri və üç tələbə olmaqla, dörd nəfərdən ibarət komandalar qatıla bilər. Layihə rəhbərinin eyni kateqoriya üzrə bir neçə komandaya rəhbərlik etməsi mümkündür. Bundan başqa, hər şagird yalnız bir komanda tərkibində istirak edə və yalnız bir kateqoriya üzrə yarışa bilər. Müsabiqədə iştirak üçün tələb olunan qeydiyyat (https://saf.steam.edu.az/az/registration/105) 31 oktyabr 2022-ci il tarixinə qədər davam edəcək. Qeydiyyat bitdikdən sonra komandalara seçim mərhələləri haqqında məlumat veriləcək.

Qeyd edək ki, cari ilin 5-9 dekabr tarixlərində “Bakı Ekspo Mərkəzi”ndə baş tutacaq festival 10 yarış və 1 sərgi kateqoriyası üzrə təşkil olunacaq. Festivalın keçirilməsində məqsəd STEAM əsaslı tədrisin təşviqi, şagirdlər arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı, rəqəmsal texnologiya biliciləri olan şagird və tələbələrin aşkarlanması və şəbəkələşməsi, innovasiyalar və rəqəmsallaşma üzrə beynəlxalq təcrübənin öyrənilməsidir.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər