Bakı Mühəndislik Universitetinin (BMU) Kimya müəllimliyi ixtisası üzrə təhsil alan II kurs tələbələri Sumqayıt Texnologiyalar Parkında (STP) olublar.
“Universitet-sənaye” əməkdaşlığı çərçivəsində baş tutan səfər BMU-da tədris olunan "Qeyri-üzvi kimya -1" fənni üzrə tələbələrin nəzəri bilklərinin təcrübə ilə birləşdirilməsi və bu biliklərin daha da dərinləşdirlməsi məqsədilə gerçəkləşdirilib.
BMU-nun Müəssisələrlə əlaqələr və karyera departamentinin təşkil etdiyi gəzintidə zavodun mühəndisləri tərəfindən STP-də istehsal edilən məhsullar, həmin məhsulların işlənmə metodları və istehsalat laboratoriyası haqqında tələbələrə geniş məlumat verilib, həmçinin onları maraqlandıran suallar ətraflı cavablandırılıb.
İctimaiyyətlə əlaqələr şöbəsi