BMU tələbələri “Norm” ASC-də sahə gəzintisində olublar

02 Dekabr 2022
BMU tələbələri “Norm” ASC-də sahə gəzintisində olublar

Bakı Mühəndislik Universitetinin (BMU) Memarlıq və inşaat fakültəsinin İnşaat mühəndisliyi və Nəqliyyat tikintisi mühəndisliyi ixtisasları üzrə təhsil alan II kurs tələbələri “Norm” Açıq Səhmdar Cəmiyyətində (ASC) sahə gəzintisində olublar.

BMU-nun Müəssisələrlə əlaqələr və karyera departamentinin təşkil etdiyi gəzintidə tələbələrə ASC-nin fəaliyyəti, tikinti materialları istehsalçısı və xidmət təminatçısı kimi qarşıya qoyulan hədəfləri haqqında ətraflı məlumat verilib. Bununla yanaşı, gəzinti iştirakçıları qurumun iş prinsipi ilə yaxından tanış olublar.

Sahə gəzintisi zamanı tələbələrə adıçəkilən fakültənin müəllimi Məlahət Babayeva rəhbərlik edib.

Qeyd edək ki, belə sahə gəzintilərinin həyata keçirilməsi BMU və “Norm” ASC arasında imzalanan əməkdaşlıq haqqında razılaşmanın istiqamətlərindən biridir.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər