BMU tələbələri “Gənc tədqiqatçıların VI respublika elmi konfransı”nda çıxış ediblər

13 Mart 2023
BMU tələbələri “Gənc tədqiqatçıların VI respublika elmi konfransı”nda çıxış ediblər

Bakı Mühəndislik Universitetinin (BMU) Memarlıq və inşaat fakültəsinin Dizayn kafedrasının son kurs tələbələri - Tutu Qurbanova, Nərmin Əliyeva və Nərmin Kərimli “Gənc tədqiqatçıların VI respublika elmi konfransı”nda çıxış ediblər.

Adıçəkilən kafedranın dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Arzu Məmmədovanın rəhbərliyi ilə tələbələrin diplom işlərinin mövzularına aid çıxışları konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Konfransın sonunda BMU tələbələrinə sertifikatlar təqdim edilib.

Qeyd edək ki, Azərbaycan Universitetində keçirilən konfransa magistrant, doktorant, dissertant və gənc tədqiqatçıların ümumilikdə 145 məruzəsi qəbul olunub. Konfrans iştirakçıları 7 bölmə iclasında elmi yenilikləri müzakirə edib, fikir mübadiləsi aparıblar.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər