BMU tələbələri beynəlxalq olimpiadada II yeri qazanıblar

29 Noyabr 2024
BMU tələbələri beynəlxalq olimpiadada II yeri qazanıblar

Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri Məhəmməd Cavadzadə, Cavid Ayvazov, Əli Mehtizadə, Nihad Qasımov III Beynəlxalq Kimya Olimpiadasında uğura imza atıblar.

Olimpiadada BMU tələbələri Azərbaycanı uğurla təmsil edib və  II yerin sahibi olublar.  

Beynəlxalq Kimya Olimpiadasına ümumilikdə dünyanın 11 ölkəsindən 24 universitet və 211 tələbə qatılıb.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər