BMU tələbələri beynəlxalq çempionatda ölkəmizi uğurla təmsil ediblər

03 İyun 2025
BMU tələbələri beynəlxalq çempionatda ölkəmizi uğurla təmsil ediblər

Bakı Mühəndislik Universitetinin (BMU) bakalavriat səviyyəsi üzrə “Ekologiya mühəndisliyi” ixtisasının I kurs tələbəsi  Saleh Quluzadə və  magistratura səviyyəsi üzrə “Memarlıq mühitinin dizaynı” ixtisasının I kurs tələbəsi Şahin Cəlilov Nijni Novqorod şəhərində keçirilən beynəlxalq “Professionals” bacarıqlar çempionatında ölkəmizi uğurla təmsil ediblər.

Gənclərin professional texnoloji bacarıqlarının nümayiş etdirilməsi məqsədilə keçirilən və müxtəlif ölkələrin komandalarının qatıldığı çempionatda BMU tələbələri- Saleh Quluzadə  beynəlxalq iştirakçı,  Şahin Cəlilov beynəlxalq ekspert-mentor qismində müvəffəqiyyətlə çıxış ediblər.

Yarışın sonunda Saleh Quluzadə  virtual və artırılmış reallığın hazırlanması üzrə beynəlxalq iştirakçı, komanda kateqoriyasında I, beynəlxalq kateqoriyada isə II yeri qazanıb.  

Qeyd edək ki, Rusiya Federasiyasının Təhsil Nazirliyi tərəfindən təşkil olunan çempionatda BMU tələbələrinə mentorluq dəstəyi “SUMbuılders” MMC tərəfindən verilib.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər