BMU tələbələri “Azercell Telekom”da ekskursiyada olublar

06 May 2025
BMU tələbələri “Azercell Telekom”da ekskursiyada olublar

Bakı Mühəndislik Universitetinin (BMU) “Radiotexnika və telekommunikasiya mühəndisliyi” ixtisasında təhsil alan bir  qrup tələbənin “Azercell Telekom” MMC-nin strukturlarına ekskursiyası təşkil edilib.

BMU-nun Avtomatika, telekommunikasiya və energetika kafedrasının baş müəllimi Fəxrəndə Məmmədovanın müşaiyəti ilə  tələbələr Azərbaycanın mobil rabitə bazarının lideri olan qurumu ziyarət edərək  onun strukturu ilə yaxından tanış olublar.

Əvvəlcə “Azercell Telekom”un İnsan resursları departamentinin aparıcı mütəxəssisləri-Aygün Nuhiyeva və Vüsalə Həsənova tələbələrə  qurumun strategiyası, əsas prinsipləri, nailiyyətləri  barədə  geniş məlumat veriblər.

Daha sonra Şəbəkə texnologiyaları departamentinin Keyfiyyətə nəzarət və hesabat bölümünün rəhbəri Rövşən Məmmədov mobil rabitənin təşkil olunması, şəbəkə elementləri, onların iş prinsipi, müxtəlif texnologiyalar, inkişaf tendensiyası və üstünlükləri, ən son texnoloji yeniliklərin tətbiqi, müştərilərin artan tələblərinin qarşılanması mexanizmi ilə bağlı tələbələr qarşısında geniş təqdimatla çıxış edib. Çıxışda “Azercell Telekom”un baza və ötürücü stansiyaları, səs və data xidməti, şəbəkənin xidmət keyfiyyətinə nəzarət sistemlərindən ətraflı bəhs olunub.  

Təqdimatların ardınca tələbələr texniki şöbənin ayrı-ayrı bölmələri və onların real iş şəraitləri ilə də əyani tanış olub. Həmçinin mütəxəssislərin təcrübəsi,faydalı tövsiyələrini dinləyibgələcəkdə müəssisədə iş imkanları ilə maraqlanıblar.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər