BMU İNHA İDP tələbələri üçün kibertəhlükəsizlik mövzusunda seminar

07 Noyabr 2025
BMU İNHA İDP tələbələri üçün kibertəhlükəsizlik mövzusunda seminar

Bakı Mühəndislik Universiteti ilə Koreya (Cənubi) Respublikasının İNHA Universiteti arasında icra olunun ikili diplom proqramının  (BMU-İNHA İDP) təşkilatçılığı ilə tələbələr üçün “Kibertəhlükəsizliyin sirrləri: Red Teaming və SOC təcrübələri” mövzusunda seminar keçirilib.  

BMU-İNHA İDP-nin direktoru Humay Cəfərli bildirib ki, proqram çərçivəsində tələbələr əsasən texniki sahələr üzrə təhsil alırlar və bu ixtisaslarda nəzəri biliklərlə yanaşı, praktik bacarıqların da formalaşması mühüm əhəmiyyət daşıyır. Qeyd olunub ki, kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən mütəxəssislərlə keçirilən bu kimi görüşlər tələbələr üçün həm biliklərini dərinləşdirmək, həm də real iş mühitini tanımaq baxımından çox faydalıdır.

Sonra “HunTech Academy”nin qurucularından Anar Eyvazzadə, “Prosol” şirkətinin təhlükəsizlik analitiki Elvina Əliyeva çıxış ediblər. Çıxışlarda kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi anlayışları, onların fərqləri, eləcə də  Red Teaming” və “Penetration Testing” kimi anlayışların mahiyyəti barədə ətraflı məlumat verilib. Mütəxəssislər bu sahələrin bir-biri ilə əlaqəsi və müasir dövrdə informasiya sistemlərinin müdafiəsində oynadığı roldan danışıblar.      

Tədbir zamanı “SOC və təhlükəsizlik həlləri” (SOC and Security Solutions) və “Qabaqcıl Qırmızı Komanda: Real Dünya Hücum Texnikaları” (Advanced Red Teaming: Real-World Offensive Techniques) mövzularında  praktiki bilgilər təqdim olunub.

Seminarın sonunda tələbələrlə yarış keçirilib. Kibertəhlükəsizliklə bağlı təqdim olunan 15 sualı düzgün cavablandıran 6 tələbə “HunTech Academy”nin təqaüdlü təlim proqramına qoşulmaq imkanı qazanıb.

İctimayyətlə əlaqələr şöbəsi

Digər xəbərlər