Bakı Mühəndislik Universitetinin (BMU) Müəssisələrlə əlaqələr və karyera mərkəzinin təşkilatçılığı ilə “Sənaye mühəndisliyi” və “Ekologiya” ixtisasları 3-cü kurs tələbələrinin Azərbaycan Metrologiya İnstitutuna təcrübə gəzintisi təşkil edilib.
Tələbələr institutun kütlə, təzyiq, elektrik, mayelərin sıxlığı, o cümlədən yeni yaradılan həcm, radiotezlik gücünün ölçülməsi, vaxt və tezlik üzrə etalon laboratoriyalarında olublar.
İnfotur zamanı tələbələrə laboratoriyalarda görülən işlərlə bağlı nəzəri və praktiki məlumatlar verilib.
İctimaiyyətlə əlaqələr şöbəsi