BMU tələbələri arasında Zəfər Günü münasibətilə intellektual yarış

06 Noyabr 2024
BMU tələbələri arasında Zəfər Günü münasibətilə intellektual yarış

Bakı Mühəndislik Universiteti (BMU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) nəzdində fəaliyyət göstərən “Prometey” klubunun təşkilatçılığı ilə "Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə Zəfər turniri keçirilib.

8 Noyabr-Zəfər Günü münasibətilə təşkil olunan turnirdə ümumilikdə 22 komanda (hər komandada 6 nəfər olmaqla) iştirak edib. İlk seçim mərhələsində uğurla çıxış edən 8 komanda final turuna vəsiqə qazanıb.

Final turunda təqdim olunan 24 sual ətrafında komandalar maraqlı bilik yarışı nümayiş etdirib və nəticədə “Juggernaut” 1-ci,  “Without Y” 2-ci, “ChatİBF” isə 3-cü yerləri tutub.

Turnirin sonunda qalib komanda üzvlərinə THİK tərəfindən sertifikat və qiymətli hədiyyələr təqdim edilib.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər