BMU Qadınlar Şurasının sədri Şuşaya təşkil olunan səfərdə iştirak edib

13 Dekabr 2022
BMU Qadınlar Şurasının sədri Şuşaya təşkil olunan səfərdə iştirak edib

Bakı Mühəndislik Universitetinin (BMU) Qadınlar Şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ətrabə Gül Azərbaycan Respublikası Prezident Administrasiyasının dəstəyi və Sahibkar Qadınlar İctimai Birliyinin təşkilatçılığı ilə Şuşa şəhərinə baş tutan səfərdə iştirak edib.

Bir qrup Azərbaycan ziyalısı və QHT rəhbərlərinin qatıdığı səfərdə Şuşa qalası, Cıdır düzü, Vaqifin məqbərəsi, Natəvanın ev-muzeyi  və s. tarixi yerlərə baş çəkilib.

Erməni vandallarının Şuşaya, onun tarixi-mədəni irsinə və təbiətinə vurduğu zərərin canlı şahidi olan səfər iştirakçıları Azərbaycan Prezidentinin rəhbərliyi ilə orada aparılan intensiv abadlıq, bərpa (rekonstruksiya, regenerasiya)  işləri ilə də tanış olublar.

 

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər