Bakı Mühəndislik Universitetinin (BMU) Qadınlar Şurası ənənəsinə sadiq qalaraq müqəddəs Qurban bayramı günlərində növbəti xeyriyyə aksiyası keçirib. Aksiya çərçivəsində daha çox sosial ehtiyacı olan bir qrup ailəyə yardım göstərilib.
Qeyd edək ki, BMU Qadınlar Şurası universitetin ictimai-sosial həyatında daim fəallıq göstərir və fəaliyyətinin istiqamətlərindən biri kimi aztəminatlı ailələri diqqət mərkəzində saxlayır. Şura indiyə qədər, həm universitet daxilində, həm də Abşeron rayonunda müxtəlif xeyriyyə aksiyaları keçirib.
İctimaiyyətlə əlaqələr şöbəsi