BMU prorektorunun həmmüəllifi olduğu elmi məqalələr sahəsinin ən nüfuzlu jurnallarında nəşr edilib

18 Aprel 2023
BMU prorektorunun həmmüəllifi olduğu elmi məqalələr sahəsinin ən nüfuzlu jurnallarında nəşr edilib

Bakı Mühəndislik Universitetinin (BMU) elmi işlər üzrə prorektoru Elçin Süleymanovun həmmüəllif olduğu iki elmi məqalə cari ilin aprel ayında sahəsinin ən reytinqli jurnallarında nəşr edilib.

Belə ki, dos. Elçin Süleymanovun “The role of renewable energy and total factor productivity in reducing CO2 emissions in Azerbaijan. Fresh insights from a new theoretical framework coupled with Autometrics” (Azərbaycanda CO2 emissiyalarının azaldılmasında bərpa olunan enerji və ümumi faktor məhsuldarlığının rolu. Autometrics metodu ilə yeni nəzəri çərçivədə araşdırılması) adlı elmi məqaləsi “Scopus” və “Web of Science” bazaları başda olmaqla, bir çox ciddi elmmetrik bazalarda yer alan “Energy Strategy Reviews” jurnalında işıq üzü görüb.

Məqalənin həmmüəllifləri Səudiyyə Ərəbistanının Kral Abdulaziz Neft Tədqiqatlari Mərkəzinin tədqiqat qrupu rəhbəri dos. Fəxri Həsənov və Polşanın Vistula Universitetinin tədqiqatçısı dos. Şəhriyar Muxtarovdur. “Web of Science” və “Scopus” bazasında Q1 kateqoriyasında olan bu jurnalın impakt faktoru 10-dan yüksəkdir və sahəsinin ən nüfuzlu jurnallarından sayılır. “Elsevier” bazasının son 3 illik  statistikasına görə, bu məqalə qısa bir zamanda sözügedən jurnalın ən populyar 8 məqaləsindən biri olub. Məqaləni bu linkdən ödənişsiz  yükləmək mümkündür.

https://www.sciencedirect.com/science/article/pii/S2211467X23000299

BMU prorektorunun həmmüəllif olduğu digər məqaləsi isə yenə də “Web of Science” və “Scopus” bazasında indekslənən və Q1 kateqoriyasında ən nüfuzlu elmi nəşrlərdən biri olan “Resources Policy” jurnalında dərc olunub.  “Oil Rents and Non-oil Economic Growth in CIS Oil Exporters. The Role of Financial Development” (MDB neft ixracatçısı ölkələrdə neft gəlirləri və qeyri-neft iqtisadi artımı. Maliyyə inkişafının rolu) məqaləsində Rusiya, Qazaxıstan və Azərbaycanda neft gəlirlərinin qeyri-neft sektoruna təsirində ölkələrin maliyyə institutlarının inkişafının rolu araşdırılıb. Məqalənin həmmüəllifləri Səudiyyə Ərəbistanının Kral Abdulaziz Neft Tədqiqatlari Mərkəzinin tədqiqat qrupu rəhbəri dos. Fəxri Həsənov, İzmir Yaşar Universitetinin professoru Dilvin  Taşkin və ADA Universitetinin müəllimi dr. Ruslan Əliyevdir. İmpakt faktoru 8-dən yuxarı olan bu jurnal  “Web of Science” bazasının ictimai elmlər kateqoriyası olan SSCİ kateqoriyasında indekslənir. Azərbaycanla əlaqəli bu kateqoriyada nəşrlərin az olmasını nəzərə alsaq, bu nəşrlər həm BMU, həm də ümumilikdə Azərbaycan elmi üçün böyük uğurdur.

https://www.sciencedirect.com/science/article/pii/S0301420723002313

Müasir dövrdə elmi tədqiqatlar universitet və ölkə elminin əsas göstəricilərindən sayılır. Bu göstəricilər, eyni zamanda, beynəlxalq universitet reytinqləri hesablanarkən ən əhəmiyyətli komponentlərdən biri hesab edilir. Son illərdə Elm və Təhsil Nazirliyinin “Clarivate Analitics” və “Scopus” kimi məşhur elmmetrik şirkətləri ilə əməkdaşlığının müsbət təsiri olaraq, ali təhsil müəssisələrimizdə müasir elmi tədqiqat işlərinin sayında əhəmiyyətli artımlar qeydə alınıb.

Sevindirici haldır ki, son illərdə Azərbaycan bu sistemdə indekslənən jurnallarda nəşr olunan ciddi elmi məqalələrin sayına görə Cənubi Qafqazda liderdir. Yeni hədəf - məqalə sayı ilə yanaşı, onların daha reytinqli jurnallarda nəşrinə nail olmaqdır və hazırda bu istiqamətdə BMU-da da bir sıra uğurlu addımlar atılır.

İlk növbədə universitet əməkdaşlarına müasir tələblərə cavab verən elmi tədqiqatların həyata keçirilməsi istiqamətində davamlı təlim və dəstək verilir. Bunun nəticəsi olaraq, hər il universitetin sözügedən bazalardakı nəşr sayı əvvəlki ilə görə 30-40% artır. Həmçinin, BMU əməkdaşlarının nəşrlərinin sayı ilə yanaşı, onların keyfiyyət göstəriciləri də yüksəlməkdədir. Buna misal kimi dos. Elçin Süleymanovun yüzə yaxın elmi nəşrlərinin yer aldığı dünyanın məşhur elmi tədqiqat paylaşım portallarından olan “Academia.edu”, “Researchgate.net”, “Mendeley”, “Web of Science”, “Thomson Reuters”, “Growkudos”, ORCID və “Scopus” şəbəkəsində tədqiqatlarından ən çox istifadə edilən müəlliflərdən biri olmasını göstərmək olar. 2015-ci ildən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (Food and Agriculture Organization of the United Nations, FAO), “The Korea Institute for International Economic Policy” (KIEP) və “World Economic Survey”-in eksperti olan BMU prorektorunun məqalələri “Renewable and Sustainable Energy Reviews”, “Renewable Energy”, “Economic Modelling”, “Environmental Science and Pollution Research”, “Energy Strategy Reviews”, “Economies” kimi impakt faktoru yüksək olan Q1 kateqoriyalı elmi jurnallarda yer alıb. Bu jurnallardan bəzilərinin impakt faktoru 30-a yaxındır və bu, Azərbaycandan ictimai elmlərdə impakt faktorlu jurnallarda nəşr olunan ən yüksək göstəricilərdəndir.

Onu da qeyd edək ki, dos. Elçin Süleymanovun nəşrlərinə “Google.scholar” bazasında səkkiz yuzdən çox istinad verilib (“Hirş” indeksi 20). Müvafiq olaraq, “Scopus” bazasındakı jurnallardakı istinad sayı 260, “Web of Science” bazasındakı jurnallardakı istinad sayı isə 217-dir. Vurğulamaq yerinə düşər ki, “Scopus” və “Web of Science” bazasındakı istinad sayının iki yüzdən çox olması ictimai və humanitar elmlər sahəsi üzrə ən yüksək göstəricilərdən biridir. Bu göstəricilər Azərbaycanla əlaqəli tədqiqatlara elmi ictimaiyyətin diqqətini ortaya qoyan mühüm faktordur.

 “Web of Science” tərəfindən alimlər üçün başqa əhəmiyyətli bir göstərici nüfuzlu elmi jurnalllardakı resenzistik statistikasıdır. BMU prorektorunun cari ilin aprel ayında iki nüfuzlu jurnaldakı məqaləsi ilə yanaşı, növbəti uğuru “Web of Science” bazasındakı iyirmiyə yaxın elmi jurnalda rəyçi olduğu məqalə sayının yüzə çatmasıdır. Bu da yuxarıda qeyd olunanlarla yanaşı, Azərbaycan üzrə ən yaxşı göstəricilərdən biridir. Eyni zamanda, dünya üzrə də alimlər arasında “Web of Science” bazasındakı top 1%-lik göstəricidir.

İctimaiyyətlə əlaqələr şöbəsi

  Qalareya şəkilini seçinQalareya şəkilini seçin

https://www.sciencedirect.com/journal/resources-policyQalareya şəkilini seçinQalareya şəkilini seçinQalareya şəkilini seçin

https://www.sciencedirect.com/journal/resources-policyQalareya şəkilini seçin

https://www.webofscience.com/wos/author/record/1025186Qalareya şəkilini seçin                       

                                                                                                                                                                                                                                        

 

 

Digər xəbərlər