BMU-nun təmsil olunduğu Basketbol üzrə Tələbə Liqası davam edir

07 Aprel 2023
BMU-nun təmsil olunduğu Basketbol üzrə Tələbə Liqası davam edir

Bakı Mühəndislik Universitetinin (BMU) tələbələrdən ibarət basketbol komandasının təmsil olunduğu Basketbol üzrə Tələbə Liqası davam edir. Azərbaycan Basketbol Federasiyasının təşkilatçılığı ali təhsil müəssisələrinin tələbəri arasında gerçəkləşdirilən basketbol yarışmasının final qarşılaşmasının mayın 19-da keçirilməsi nəzərdə tutulur. 

Liqa çərçivəsində BMU komandası dairəvi sistemlə (hər bir iştirakçının bir-bir turnirin digər iştirakçılar ilə qarşılaşması) artıq 19 oyun  keçirib. Növbəti həftə daha 2 universitetin komandası ilə qarşılaşma planlaşdırılır.

Liqanın oyunlarında BMU ilə yanaşı, Azərbaycan Texniki Universitetinin, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının, Azərbaycan Dövlət Aqrar Universitetinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, Azərbaycan Dövlət İqtisad Universitetinin və Xəzər Universitetinin komandaları iştirak edir.

 

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər