Bakı Mühəndislik Universitetinin (BMU) Kimya Mühəndisliyi ixtisası üzrə 2-ci kurs tələbəsi Ramiz Quliyev İspaniyada “Sağlam Düşüncə” Gənclər Təşkilatının könüllüləri sırasında ölkəmizi təmsil edib.
Erasmus+ təqaüd proqramının maliyyə dəstəyi ilə baş tutan səfərdə ölkəmizdən olan 6 nəfər tələbə İspaniyanın “Sağlam həyat tərzi ilə müxtəlifliyi təşviq et” adlı gənclər mübadiləsinə qatılıb.
14 günlük səfər çərçivəsində tələbələr İspaniyanın Belmez, Herensya və Valensiya şəhərlərində olublar.
Keçirilən tədbirlərdə iştirakçılara günlük proqramlar verilib. Belə ki, proqramda yer alan hər bir iştirakçı öz ölkəsinin tarixi, mədəniyyəti, milli mətbəxi haqqında qonaqlara məlumat verib. Eyni zamanda, iştirakçılar müxtəlif tarixi yerlərdə olub, idman yarışlarında iştirak ediblər.
BMU-nun İctimaiyyətlə əlaqələr şöbəsi