BMU-nun tələbəsi ABŞ-ın nüfuzlu universitetinə qəbul olub

05 May 2023
BMU-nun tələbəsi ABŞ-ın nüfuzlu universitetinə qəbul olub

Bakı Mühəndislik Universitetinin (BMU) daha bir tələbəsi nüfuzlu ali təhsil ocağına tam təqaüdlü birbaşa doktorantura səviyyəsinə qəbul olub.

Belə ki, universitetin Pedaqoji fakültəsinin Fizika müəllimliyi (tədris ingilis dili) ixtisasının son kurs tələbəsi Arzu Alxanova ABŞ-ın Şimali Karolina Dövlət Universitetində (North Carolina State University) Fizika ixtisası üzrə doktorantura pilləsində təhsil alacaq.

Tələbə üçün adıçəkilən universitetdən ayrılan illik təqaüd 55 min ABŞ dolları təşkil edir.

Qeyd edək ki, Arzu Alxanovanın 2022/2023-cü tədris ilində ümumi orta müvəffəqiyyət göstəricisi 99,1 bal olub.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər