BMU-nun tələbələri Cənubi Koreyanın İNHA Universitetində təşkil olunan “Yay məktəbi”ndə

10 Avqust 2022
BMU-nun tələbələri Cənubi Koreyanın İNHA Universitetində təşkil olunan “Yay məktəbi”ndə

Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri Cənubi Koreya Respublikasının İNHA Universitetində təşkil olunan “Yay məktəbi”ndə qruplar şəklində iştirak edəcəklər. Artıq tələbələrin bir qismi bu məqsədlə sözügedən ölkəyə yola salınıb.

Qrupa BMU-nun Mühəndislik fakültəsinin dekanı Hüseyn Mirzəyev rəhbərlik edir. Tələbələrin digər qrupunun 12 avqust tarixində yola salınması nəzərdə tutulur.

“Yay məktəbi”nin təşkili BMU və İNHA Universiteti arasında icra olunan beynəlxalq ikili diplom proqramının əsas komponentlərindən biridir.

 

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər