Bakı Mühəndislik Universitetinin (BMU) rektoru Yaqub Piriyev “Kompüter elmləri” ixtisasının 3-cü kurs tələbəsi Həsən Abbasov və “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasının məzunu Niyyət Rzayevi hazırladıqları innovativ layihələrə və beynəlxalq tədbirlərdə uğurlu iştiraklarına görə Fəxri fərmanla təltif edib.
Fəxri fərman BMU Texnoparkında tələbə və məzuna təqdim olunub və onlara gələcək fəaliyyətlərində uğurlar arzulanıb.
H.Abbasov və N.Rzayev fəaliyyətlərinə göstərilən diqqətin onlar üçün stimul olduğunu bildirib və universitet rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
İctimaiyyətlə əlaqələr şöbəsi