BMU-nun rektoru Qazaxıstanda ali təhsil sammitində iştirak edib

01 Noyabr 2024
BMU-nun rektoru Qazaxıstanda ali təhsil sammitində iştirak edib

Bakı Mühəndislik Universitetinin (BMU) rektoru Yaqub Piriyev dünyanın ən nüfuzlu reytinq təşkilatlarından olan QS Beynəlxalq Reytinq Agentliyinin təşkilatçılığı ilə keçirilən “QS Ali Təhsil Pre-sammiti: Asiya Sakit Okean 2024”-də iştirak edib.

Qazaxıstan Respublikasında Əl-Fərabi adına Qazax Milli Universitetində təşkil olunan sammitdə Azərbaycanın ümumilikdə 8 aparıcı ali təhsil müəssisəsi təmsil olunub.

Qazaxıstan Prezidentinin müşaviri, ölkənin elm və ali təhsil naziri, QS Beynəlxalq Reytinq Agentliyi rəhbərliyinin qatıldığı sammitdə ali təhsilin qarşısında duran hazırkı vəzifələr, müasir çağırışlarla ayaqlaşmaq, universitetlər arasında beynəlxalq əməkdaşlığı gücləndirmək məsələləri diqqətdə saxlanılıb.  

Sammitin açılış panelində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova Azərbaycan elm və ali təhsili barədə təqdimatla çıxış edib.

Paneldə, həmçinin Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında hazırkı əlaqələr müzakirə olunub və gələcək əməkdaşlıq perspektivləri istiqamətində fikir mübadiləsi aparılıb.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər