Bakı Mühəndislik Universitetinin (BMU) rektoru, professor Havar Məmmədov “Ali təhsildə keyfiyyət təminatı və keyfiyyətin gücləndirilməsi” adlı Beynəlxalq Forumda iştirak edib.
İki gün davam edən tədbirdə “Ali təhsilin daxili və xarici keyfiyyət təminat sisteminin Avropa ali təhsilinin keyfiyyətinin standart və təlimatlarına uyğun təşkil edilməsi”, “ATM-lərin statuslarının möhkəm olmasında xarici keyfiyyət təminatının rolu” və s. istiqamətlər üzrə mövzular müzakirə olunub.
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) təşkilatçılığı ilə baş tutan foruma rektorla yanaşı, universitetin tədris işləri üzrə prorektoru, professor Həmzağa Orucov və Keyfiyyətin təminatı şöbəsinin müdiri Sevil İmanova da qatılıblar.
Konfransda panel müzakirələr zamanı təhsil proqramlarının dizaynı, xarici keyfiyyət təminatında tələbə təmsilçiliyinin önəmi və probleməsaslı öyrənmənin təmin edilməsində istifadə olunan yanaşma və strategiyalar istiqamətlərində fikir mübadiləsi aparılıb.
İctimaiyyətlə əlaqələr şöbəsi