Bakı Mühəndislik Universitetinin (BMU) Qadınlar Şurası növbəti xeyriyyə aksiyası keçirib. Belə ki, Şura Xırdalanda yaşayan və köməyə ehtiyacı olan 10 ailəyə ərzaq yardımı göstərib.
Qadınlar Şurasının sədri Ətrabə Gül ailələri Novruz bayramı münasibətilə təbrik edib, Azərbaycan dövlətinin əhalinin həssas təbəqəsinə göstərdiyi diqqət və qayğıdan danışıb.
BMU-nun Qadınlar Şurasının fəaliyyətə başladığı gündən universitetin ictimai-sosial həyatında aktiv rol oynadığını vurğulayan Ətrabə Gül mütəmadi olaraq ehtiyacı olan ailələri müəyyən edərək onlara yardım göstərildiyini qeyd edib. O, belə tədbirlərin davamlı olacağını da nəzərə çatdırıb.
Yardım göstərilən ailələr BMU rəhbərliyinə və Qadınlar Şurasına təşəkkürünü bildirib.
İctimaiyyətlə əlaqələr şöbəsi