Bakı Mühəndislik Universitetinin (BMU) Avtomatika, telekommunikasiya və energetika kafedrasının professoru, texnika elmləri doktoru İslam İslamov Ankarada Türk Mühəndislər Dərnəyinin təşkilatçılığı ilə keçirilən Türk Dünyası Beynəlxalq Mühəndislik Zirvəsində iştirak edib.
Sammitin açılışında Türkiyənin nəqliyyat və infrastruktur nazirinin müavini Ömər Fatih Sayan, Mühəndislər Dərnəyinin prezidenti Yaşar Yekebağcı, Dövlət Qulluqçuları Həmkarlar İttifaqı Konfederasiyası sədrinin müavini Hacı Bayram Tonbul, Türkiyə Cümhuriyyəti İctimai Birliyinin sədri Öndər Qəhvəçi, Cümhurbaşkanlığın Elm,Texnologiya və İnnovasiya Siyasətləri İdarə Heyətinin üzvü Osman Coşkun və hakim partiya olan AKP-nin başkan yardımçısı, Balıkəsir millət vəkili Belgin Uyğur çıxış edərək konfransın Türk dünyası mühəndislərinin birləşməsində əhəmiyyətli rolundan danışıblar.
BMU-nun professoru İslam İslamov sammitdə “Azərbaycanın ali təhsil müəssisələrində mühəndis hazırlığının vəziyyəti və inkişaf perspektivləri” adlı məruzə ilə çıxış edib. Məruzədə BMU-nun timsalında Azərbaycanın ali məktəblərində yüksək ixtisaslı mühəndis kadrların hazırlanmasından bəhs olunub. Mövzu konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb, BMU professoruna Təşkilat Komitəsi adından mükafatlar təqdim edilib.
İctimaiyyətlə əlaqələr şöbəsi