BMU-nun professoru IETI-nin üzvü seçilib

11 Oktyabr 2024
BMU-nun professoru IETI-nin üzvü seçilib

Bakı Mühəndislik Universitetinin (BMU) Riyaziyyat və kompüter elmləri kafedrasının müdiri, professor Rakib Əfəndiyev Beynəlxalq Mühəndislik və Texnologiya İnstitutunun (International Engineering and Technology Institute (IETI)) Özbəkistanda yerləşən cəmiyyətinin üzvü seçilib.

Cəmiyyət IETI-nin əsas filiallarından biridir və institutun Özbəkistan, Mərkəzi Asiya, eləcə də Avropada təsirinin artırılması, akademik, texnoloji imkanlarının genişləndirilməsi istiqamətində çalışır. Ümumilikdə IETI-nin dünyanın müxtəlif bölgələrində yeddi belə cəmiyyəti fəaliyyət göstərir. Bu cəmiyyətlər müxtəlif ölkələrdən professorlar, mühəndislər və sənaye ekspertlərini özündə birləşdirir. Burada, həmçinin Nobel, Turinq mükafatları  və Fields medalı laureatları təmsil olunur.

Texnoloji innovasiyaların təşviqi ilə məşğul olan cəmiyyətlər yerli və beynəlxalq layihələrin, tədqiqatların inkişafına dəstək göstərir, habelə dünya alimlərini seminarlar, konfranslar, o cümlədən digər akademik tədbirlər platformasında bir araya gətirir. Əsas məqsəd yerli, beynəlxalq akademik mübadilələrin, texnoloji əməkdaşlığın təşviqində fəal rol oynamaq, qlobal texnoloji tərəqqiyə töhfə verməkdir.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər