Bakı Mühəndislik Universitetinin (BMU) Avtomatika, telekommunikasiya və energetika kafedrasının professoru, texnika elmləri doktoru İslam İslamov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Azərenerji” ASC tərəfindən təşkil olunan panel iclaslarda iştirak edib.
İclaslarda “Gələcəyin enerji sistemi-Azərbaycan modeli” üzrə 3D prinsipini (dekarbonizasiya, digitalizasiya, desentralizasiya) əhatə edən mövzularda müzakirələr aparılıb.
Müzakirələr zamanı enerji effektivliyi, yaşıl enerjiyə keçid, ənənəvi generasiya güclərinin modernizasiyası və innovativ həllər vasitəsilə əldə edilən səmərəlilik, istixana effekti yaradan qazların həcminin azaldılması məsələləri ön plana çəkilib.
İctimaiyyətlə əlaqələr şöbəsi