BMU-nun Tərcümə və ingilis dili kafedrasının müdiri, fil.ü.f.d Natiq Adilovun "Altun kitab" nəşrlər evinin sifarişi əsasında hazırladığı "Azərbaycanca-İngiliscə danışıq kitabı" çap edilərək kitab satış məntəqələrinə paylanılıb. Kitabda 1240 cümlə və 2400 sözün tərcüməsi əks olunub.
"Altun kitab" nəşrlər evinin layihəsi olan "azleks" saytında Natiq Adilovun "İngiliscə-Azərbaycanca, Azərbaycanca-İngiliscə pedaqoji terminlər lüğəti" də mövcuddur.