BMU-nun kitabxanasında yeni nəşrlər

03 Oktyabr 2025
BMU-nun kitabxanasında yeni nəşrlər

Bakı Mühəndislik Universitetinin (BMU) kitabxana fondu yeni dərs  vəsaitləri ilə zənginləşib. BMU və  Cənubi Koreya Respublikasının İNHA Universiteti arasında icra edilən beynəlxalq ikili diplom proqramı (BMU-İNHA İDP) çərçivəsində ali məktəbin kitabxanasına 46 ədəd yeni kitab daxil olub (kitabların adları və müəllifləri).

Kitabların alınması Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) ayırdığı vəsait hesabına təmin edilib. Vəsaitlərdən  tələbələrlə yanaşı, tədqiqatçılar və alimlər faydalana biləcəklər.       

Qeyd edək ki, BMU-İNHA İDP çərçivəsində universitetin kitabxana bazası hər il yeni nəşrlərlə zənginləşir. Belə ki, 2022-ci ildə 11 kitab, 2023-cü ildə 38 kitab, 2024-cü ildə 34 kitab ARDNF-in xətti ilə alınaraq kitabxanaya təqdim edilib. Bu vəsaitlərdən İDP-nin “İnformasiya texnologiyaları”, “Elektronika mühəndisliyi”, “Elektrik mühəndisliyi”, “İnşaat mühəndisliyi” ixtisasları üzrə tədris prosesində də geniş istifadə olunur.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər