Bakı Mühəndislik Universitetinin Maliyyə kafedrasının baş müəllimi, iqtisad üzrə fəlsəfə doktoru Füzuli Əliyev “Fulbrayt” Elmi-Tədqiqat Səfər Proqramı çərçivəsində University of Central Florida Biznes Kollecinin Maliyyə kafedrasında araşdırmalar aparıb. Professor Richard Ajayinin rəhbərliyi altında tədqiqat apardığı müddətdə azərbaycanlı alim universitetin fəaliyyət istiqamətləri, tədrisin keyfiyyətli təşkili ilə tanış olub və akademik heyətlə müzakirələr aparıb. Korporativ maliyyə dərslərində mühazirəçi kimi iştirak edərək tələbələrlə inkişaf etmiş bazarların maliyyə sistemi haqqında müzakirələr aparıb. Eyni zamanda tələbələrə Azərbaycan və BMU haqqında tanıdıcı təqdimatlar edib.
Füzuli Əliyev araşdırmalarının nəticəsi olaraq NASDAQ-100 İndeksinin modelləşdirmə dəyişkənliyi ilə bağlı elmi məqalə hazırlayaraq bu sahədə tanınmış jurnala təqdim edib.