Bakı Mühəndislik Universitetinin (BMU) Kimya mühəndisliyi kafedrasının baş müəllimi Cavanşir Salmanov Erasmus+ KA1 mübadilə proqramı çərçivəsində Portuqaliyanın Braqança Politexnik İnstitutunda (IPB) olub.
9 ölkənin nümayəndəsinin qatıldığı mübadilə proqramında iştirakçı ölkələr IPB ilə yaxından tanış olub və öz universitetləri ilə bağlı təqdimatla çıxış ediblər. Proqram müddətində Erasmus+ proqramı haqqında geniş məlumat verilib, mümkün əməkdaşlıq perspektivləri ətrafında geniş müzakirələr aparılıb.
Mübadilə proqramında IPB-nin Dağ Tədqiqat Mərkəzi (Centro de Investigaçao de Montanha-CIMO), Rəqəmsallaşma və İntellektual Robototexnika Araşdırma Mərkəzi (Research Center in Digitalization and Intelligent Robotics-CeDRI), Tətbiqi İdarəetmə Tədqiqat Bölməsi (Applied Management Research Unit-UNIAG) ziyarət olunub və müxtəlif görüşlər keçirilib.
Qeyd edək ki, BMU adıçəkilən proqram çərçivəsində Braqança Politexnik İnstitutu ilə əməkdaşlıq edir.
İctimaiyyətlə əlaqələr şöbəsi