Bakı Mühəndislik Universitetinin (BMU) əməkdaşları “British Council”ın təşəbbüsü ilə gerçəkləşən Creative Spark: Ali Təhsil Müəssisəsi Proqramı layihəsində iştirak ediblər.
Birləşmiş Krallığın dəstəyilə Azərbaycan da daxil olmaqla Cənubi Qafqaz və Mərkəzi Asiyada 7 ölkədə həyata keçirilən proqramın əsas məqsədi sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi və bu istiqamətdə ideyaları dəstəkləmək üçün nəzərdə tutulan beş illik təşəbbüsdür.
Proqram çərçivəsində Newcastle Universitetinin professor-müəllim heyəti 3 günlük təlim və vörkşop təşkil ediblər.
“Creative Spark” layihəsinin “Big Idea Challenge” müsabiqəsinin BMU üzrə koordinatoru, Biznesin idarə edilməsi kafedrasının müəllimi Tahirə Salayeva, eyniadlı kafedranın baş müəllimi Xatirə Yusifova, İngilis dili kafedrasının müəllimi Nigar Ağayeva, həmçinin Biznesin idarə edilməsi ixtisasının (ingilis dili) III kurs tələbələri təlimdə fəal iştirak ediblər və sonda onlara sertifikatlar təqdim olunub.
İctimaiyyətlə əlaqələr şöbəsi