BMU-nun müəllim və tələbə heyəti “Hidroservice Engineering” MMC-də təlim-tədris ekskursiyasında olub

25 Aprel 2023
BMU-nun müəllim və tələbə heyəti “Hidroservice Engineering” MMC-də təlim-tədris ekskursiyasında olub

Bakı Mühəndislik Universiteti (BMU) Mühəndislik fakültəsinin  müəllim və tələbə heyəti “Hidroservice Engineering” MMC-də təlim-tədris ekskursiyasında olub.

Səfər tələbələrin “Hidravlik maşınlar və hidrointiqallar“ və “Hidravlik və pnevmatik dövrələr“ fənnindən praktiki dərslərin istehsalat şəraitində təşkili məqsədilə gerçəkləşdirilib.

Ekskursiyada iştirak edən Mühəndislik fakültəsinin tədris işləri üzrə dekan müavini, dosent Osman Mirzəyev, Mexanika mühəndisliyi kafedrasının müdiri, dosent Asif Quliyev, universitetin Mexanika mühəndisliyi (Azərbaycan) ixtisası üzrə təsil alan III kurs tələbələri MMC-nin direktoru Bəxtiyar Qənbərov və  məsul şəxsləri ilə görüşüblər. B.Qənbərov görüş iştirakçılarına “Hidroservice Engineering” şirkətinin yaranma tarixi və fəaliyyət istiqamətləri haqda ətraflı məlumat verib.

Qeyd edilib ki, şirkətdə hidravlik ehtiyat hissələri, hidravlik sistem və qurğuların, komponentlərin təmirində yüksək təcrübəyə malik, müxtəlif çeşidli hidravlik və pnevmatik ehtiyat hissələri və komponentlərin təmiri üçün nəzərdə tutulmuş emalatxana mövcuddur. MMC, həmçinin ehtiyat hissələri anbarı, boru, silindr, şlanq, qəbuledici və boru birləşmələrinin müxtəlif nov başlıqlarla və yüksək təzyiqlə avadanlığı ilə yuyulması xidmətini təklif edir.

Ekskursiya zamanı tələbələrə fənn müəllimi və istehsalat işçilərinin təlimatı ilə tədris proqramına uyğun praktiki dəslərini keçiblər.

“Hidroservice Engineering” MMC ilə gələcəkdə Mexanika mühəndisliyi və Maşın mühəndisliyi ixtisaslarında müvafiq fənlər üzrə bəzi praktiki dərslərin istehsalat şəraitində keçirilməsinin təşkili razılaşdırılıb.

İctimaiyyətlə əlaqələr şöbəsi

 

Digər xəbərlər