BMU-nun məzunu Tartu Universitetində magistratura təhsili alır

30 Oktyabr 2019
BMU-nun məzunu Tartu Universitetində magistratura təhsili alır

    Bakı Mühəndislik Universitetinin (BMU) Maliyyə ixtisası üzrə (ingilis sektoru) 2018/2019-cu tədris ilinin bakalavr məzunu İlyas Əlizadə magistratura təhsilini Estoniya Respublikasının Tartu Universitetində Aktuari və Maliyyə mühəndisliyi üzrə davam etdirir.

   BMU məzunu təhsil almaqla yanaşı, Tartu Universitetinin ictimai-sosial və mədəni həyatında da aktiv iştirak edir.

   İ.Əlizadə dərslərinin ağır riyazi-statistik istiqamətli olmasına baxmayaraq, BMU-da Maliyyə ixtisası üzrə aldığı güclü baza bilikləri sayəsində çətinlik çəkmədən oxuduğunu bildirib.

   Məlumat üçün bildirək ki, İ.Əlizadə BMU-nun bakalavr pilləsinə 662 balla qəbul olub və universiteti yüksək göstərici ilə –  92.32 balla bitirib. Tartu Universiteti onun təhsilini Dora Plus və digər təqaüd proqramları ilə maliyyələşdirir.

İctimaiyyətlə əlaqələr şöbəsi

 

Digər xəbərlər