BMU-nun magistratura pilləsinə qəbul olanların nəzərinə!

12 İyul 2021
BMU-nun magistratura pilləsinə qəbul olanların nəzərinə!

Bakı Mühəndislik Universitetinin magistratura səviyyəsinə qəbul olmuş şəxslər elektron qaydada ali təhsil müəssisələrinə qeydiyyatdan keçməlidirlər. Bunun üçün https://portal.edu.az/ platformasında qeydiyyatdan keçmək, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır.

Qeydiyyat 2021-ci il iyulun 13-dən 22‑dək davam edəcəkdir.

Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər.

Qeydiyyat üçün təlimat: https://edu.gov.az/uploads/news/07/telimat.pdf

Ən çox müraciət olunan suallar: https://drive.google.com/file/d/19FXunZuYmES6lid6BQoP6Q0hVu5mv1LC/view

 

Dövlət sifarişi və ödənişli əsaslarla qəbul olan bakalavrların qeydiyyatı üçün tələb olunan sənədlər:

·        Hərbi qeydiyyat  vəsiqəsi (ağ bilet)  və ya hərbi bilet (şəkil və möhür olan səhifələr) - (oğlanlar  üçün)

·        İllik təhsil haqqını ödədiyinə  dair qəbz (yalnız ödənişli əsaslarla qəbul olanlar üçün)

·        Cari ilin məzunları üçün məzun olduqlarına dair arayış, əvvəlki illərin məzunları üçün diplom və əlavəsi

·        3x4 ölçüdə fotoşəkil

·        Şəxsiyyət vəsiqəsinin surəti

·        DİM-in vermiş olduğu iş nömrəsi və istifadəçi adı

QEYD: Ödənişli əsaslarla qəbul olan bakalavrlar qeydiyyatdan keçərkən I ilin təhsil haqqının minimum 50%-ni ödəməlidirlər.

 

Təhsil haqqından azad olunan bakalavrlardan tələb olunan sənədlər:

1. Azərbaycan Respublikasının dövlət ali və orta ixtisas təhsil müəssisələrində ödənişli formada təhsil alan “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi köçkün statusu olan Azərbaycan Respublikasının vətəndaşlar təhsil müddəti ərzində təhsil haqqından azad edilirlər.

 

Qeydiyyat üçün siyahıdakı sənədlərdən əlavə tələb olunan sənədlər:

·     Şəxsiyyət vəsiqəsinin əsli və surəti

·     Özünün məcburi köçkün vəsiqəsinin əsli və surəti (1 ədəd 2021-ci il qeydiyyat möhürü ilə notarial şəkildə təsdiq olunmuş)

·     Doğum haqqında şəhadətnamə və surəti

 

2. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən şəxslərin təhsil alan övladları təhsil müddəti ərzində təhsil haqqından azad edilirlər.

 

Tələb olunan sənədlər:

·    Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmasını, hərbi əməliyyatla əlaqədar itkin düşməsini və məhkəmə tərəfindən ölmüş elan edilməsini təsdiq edən sənəd və surəti (notariusda təsdiq edilmiş)

·    Tələbənin doğum haqqında şəhadətnaməsi

·    Tələbənin şəxsiyyət vəsiqəsinin əsli və surəti (notariusda təsdiq edilmiş)

 

3. “Şəhid ailəsi statusunu almış ailənin üzvləri təhsil müddəti ərzində təhsil haqqından azad edilirlər.

 

Tələb olunan sənədlər:

·        Valideyninin şəhid olmasını təsdiq edən sənəd və surəti (notariusda təsdiq edilmiş)

·        Tələbənin doğum haqqında şəhadətnaməsi

·        Tələbənin şəxsiyyət vəsiqəsinin əsli və surəti (notariusda təsdiq edilmiş)

 

4. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş (hər iki valideyni vəfat etmiş 18 yaşınadək olan şəxslər; hər iki valideyn himayəsindən məhrum olmuş uşaqlar; bir valideyni vəfat etmiş və o biri valideyni I və II qrup əlil olan 18 yaşınadək şəxslər) magistrantlar qeydiyyat üçün siyahıdakı sənədlərdən əlavə bu sənədləri təqdim etməlidir:

 

·     Valideynlərinin himayəsindən məhrum olmasını təsdiq edən sənəd və surəti (notariusda təsdiq edilmiş).

·     Tələbənin doğum haqqında şəhadətnaməsi

·     Tələbənin şəxsiyyət vəsiqəsinin əsli və surəti (notariusda təsdiq edilmiş)

 

Əyani formada təhsil alan 23 yaşınadək şəxslərə aiddir.

 

5. I və II dərəcə əlilliyi olan şəxslər: -Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumat (Forma 88) və doğum haqqında şəhadətnamənin surəti. Arayışlar elektron formada olmadıqda arayışın surəti notarial qaydada təsdiq edilməlidir.

 

Qeyd : Güzəşt yalnız ilk dəfə magistrant olanlara aiddir.

 

Bakı Mühəndislik Universiteti, Magistratura və doktorantura şöbəsi

012 349 99 66 daxili nömrə 1109

magistratura@beu.edu.az

Digər xəbərlər