Bakı Mühəndislik Universitetinin (BMU) rəhbərliyi, professor-müəllim heyəti və tələbələri 27 Sentyabr-Anım Günü ilə əlaqədar Zəfər parkını ziyarət edib.
Ziyarət zamanı 8 Noyabr Zəfər Gününü əks etdirən memorial abidənin önünə gül dəstələri qoyulub. Qarabağın azadlığı, ölkəmizin ərazi bütövlüyü, dövlətimizin suverenliyi uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib.
İctimaiyyətlə əlaqələr şöbəsi