Bakı Mühəndislik Universitetinin (BMU) kollektivi ikinci Şəhidlər xiyabanını ziyarət edib.
Universitetin əməkdaşları Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsini ehtiramla yad edib, məzarlarının üzərinə gül dəstələri düzüblər.
Azərbaycanın hərbi qüdrətini bütün dünyaya göstərən, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda edərək şəhidlik zirvəsinə ucalmış qəhrəman oğullarımızın əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaqdır.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
İctimaiyyətlə əlaqələr şöbəsi