BMU-nun kollektivi Fəxri xiyabanda Ümummilli Liderin məzarını ziyarət edib

09 May 2025
BMU-nun kollektivi Fəxri xiyabanda Ümummilli Liderin məzarını ziyarət edib

Müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar Bakı Mühəndislik Universitetinin (BMU) kollektivi Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib.

Universitet əməkdaşları xalqımızın dahi oğlu, dünya şöhrətli siyasətçi Heydər Əliyevin xatirəsini böyük ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.

Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla anılıb, məzarı önünə tər çiçəklər düzülüb.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər