BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin qrup nümayəndələri ilə görüş keçirilib

20 May 2022
BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin qrup nümayəndələri ilə görüş keçirilib

Bakı Mühəndislik Universitetində (BMU) İqtisadiyyat və idarəetmə fakültəsinin qrup nümayəndələri ilə növbəti görüş keçirilib.

Fakültə dekanı, dosent Mayis Əzizov yaz semestr sessiyasının yaxınlaşdığını, imtahanların yazılı formada keçiriləcəyinin qərara alındığını bildirib.

Dekan çıxışında əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək məqsədilə yaradılan Təhsil Tələbə Krediti Fondunun fəaliyyətindən də söz açıb, ehtiyacı olan tələbələrin bu kreditə müraciət etmək imkanlarından bəhs edib.  

Fakültənin Tədris işləri üzrə dekan müavini, i.ü.f.d. Elsevər İbadov ümumilikdə universitet daxilində, həmçinin imtahan prosesində nizam-intizam qaydalarına əməl olunmasının zəruriliyini önə çəkib.

Fakültənin Tədris işləri üzrə dekan müavini, i.ü.f.d. Xanlar Heydərov tələbələrin imtahanlarla bağlı təlimatlarla tanış olmağın əhəmiyyətini vurğulayıb. O, eyni zamanda, akademik borcu olan tələbələrin təkrar imtahan qeydiyyatı, imtahanlarda otaq bölgüsü haqqında informasiyaları tələbələrin nəzərinə çatdırıb.

Görüş tələbələri maraqlandıran sualların cavablandırılması ilə davam edib.

 

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər