Bakı Mühəndislik Universitetinin (BMU) İntizam Komissiyasının son 6 ay ərzində 7 iclası keçirilib.
Bu iclaslarda komissiya üzvləri tərəfindən daxil olan təqdimatlara baxılıb, iş və tədris prosesində yol verdiyi səhvlərə görə universitet əməkdaşları və tələbələrlə bağlı müvafiq qərarlar çıxarılıb.
2 əməkdaş və 1 tələbəyə sonuncu xəbərdarlıqla şiddətli töhmət, 3 tələbəyə töhmət verilib, habelə 1 əməkdaşa şifahi xəbərdarlıq edilib, 1 tələbəyə isə yazılı xəbərdarlıqla intizam tənbehi tətbiq olunub.
İctimaiyyətlə əlaqələr şöbəsi