BMU-nun gənc startapçıları “Big Idea Challange 2022” ideya yarışmasında

20 Aprel 2022
BMU-nun gənc startapçıları  “Big Idea Challange 2022” ideya yarışmasında

Bakı Mühəndislik Universitetinin (BMU) gənc startapçıları “Yaradıcı Qığılcım” layihəsinin “Big Idea Challange 2022” ideya yarışması ilə bağlı keçirilən növbəti görüşdə iştirak edib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) reallaşan tədbirdə layihənin ölkə üzrə meneceri Elnur Əliyev yarışa ilkin qeydiyyatın başa çatdığını vurğulayıb.

Bununla yanaşı, startapçılara qeydiyyatdan keçən bütün layihələr haqqında ümumi məlumat verilib, ilk mərhələdən uğurla keçən startapçılara növbəti mərhələnin şərtləri və qaydaları izah olunub.

Sonda layihələr haqqında geniş fikir mübadiləsi aparılıb.

Britaniya Şurasının təşəbbüsü ilə İİTKM və İngiltərənin Nyukastl Universitetinin əməkdaşlığı çərçivəsində həyata keçirilən layihənin BMU üzrə koordinatoru Biznesin idarə edilməsi kafedrasının müəllimi Tahirə Salayevadır. Hazırkı mərhələdə yarışmaya BMU 2 layihə ilə müraciət edib. Universitetin Biznesin idarə edilməsi ixtisasının tələbələrinin (4 komanda üzvü olmaqla ümumilikdə 8 nəfər tələbə) təqdim etdiyi layihələr  ilkin yoxlanışdan keçib.

 

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər