Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) qərarına əsasən, Bakı Mühəndislik Universitetinin (BMU) Pedaqoji fakültəsinin Riyaziyyat və İnformatika kafedrasının müdiri Hümbət Əliyevə və Azərbaycan dili və pedaqogika kafedrasının əməkdaşı Təranə Hacıyevaya elmi pedaqoji fəaliyyətinə görə dosent elmi adı verilib.
H.Əliyev uzun illər elmi pedaqoji fəaliyyətlə məşğul olub. O, nüfuzlu elmi jurnallarda dərc edilən məqalələrlə yanaşı, bir cox dərs vəsaitinin müəllifidir. H.Əliyevin həmmüəllifi olduğu “Calculus and analytic geometry” adlı dərs vəsaiti 2017-ci ildə Scholars' Press tərəfindən cap edilib.
T.Hacıyeva çoxsaylı elmi əsərlərin, o cümlədən, elmi monoqrafiyaların, fənn proqramlarının müəlliflidir. Bundan əlavə, onun 2019-2022-ci illərdə müxtəlif mövzularda yazdığı məqalələr, tezislər beynəlxalq indeksli jurnallarda və beynəlxalq elmi konfrans materiallarında işıq üzü görüb.
İctimaiyyətlə əlaqələr şöbəsi