BMU-nun əməkdaşı Xocalıya həsr olunan tədbirdə məruzə ilə çıxış edib

26 Fevral 2024
BMU-nun əməkdaşı Xocalıya həsr olunan tədbirdə məruzə ilə çıxış edib

Bakı Mühəndislik Universitetinin (BMU) əməkdaşı - Ümumi fənlər kafedrasının müdiri, dosent, tarix üzrə fəlsəfə doktoru Bilal Dədəyev Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının komandanlığında Xocalı soyqırımının 32-ci ildönümünə həsr edilən tədbirdə iştirak edib.

Tədbirdə Mülki Müdafiə Qoşunlarının Komandanlığının Şəxsi heyətlə iş üzrə şöbəsinin rəisi, polkovnik-leytenant Elşad İbrahimov açılış nitqi ilə çıxş edərək, Xocalı soyqırımı haqqında tarixi faktlardan bəhs edib.

Sonra məruzə ilə çıxış edən B.Dədəyev Xocalı soyqırımı, genosidin tarixi, tarixin müxtəlif dövrlərində ermənilər tərəfindən törədilən vəhşiliklər, erməni vandalizmi haqda iştirakçılara ətraflı məlumat verib.

Sonda Xocalı soyqırımı haqqında film nümayiş etdirilib.

İctimaiyyətlə əlaqələr şöbəsi

 

Digər xəbərlər