BMU-nun əməkdaşı astroseminarda iştirak edib

25 Noyabr 2019
BMU-nun əməkdaşı astroseminarda iştirak edib

        Bakı Mühəndislik Universitetinin (BMU) əməkdaşı Həzi Qasımov Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında keçirilən növbəti astroseminarda iştirak edib.

     Öncə rəsədxananın “Qoşa ulduzlar və eruptiv proseslər” şöbəsinin müdiri, f-r.ü.f.d Bayram Rüstəmov seminarın mövzusu haqqında tədbir iştirakçılarına məlumat verib.

          Sonra BMU-nun əməkdaşı H.Qasımov “Müxtəlif sinif kometlərin tapılmasında 11 illik günəş fəallığının rolu” mövzusunda məruzə ilə çıxış edib.

          Məruzə seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb. Mövzu ətrafında müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.

         Seminarda müəlliflərin son zamanlar günəş-komet əlaqələri üzrə əldə etdiyi yeni qanunauyğunluqlar da müzakirə olunub. Vurğulanıb ki, müəlliflərin aldığı nəticələr yeni kometlərin axtarışında faydalı ola bilər.

 

İctimaiyyətlə əlaqələr şöbəsi

 

 

Digər xəbərlər