Bakı Mühəndislik Universitetinin (BMU) daha bir müasir laboratoriyası Avtomatlaşdırma texnikası laboratoriyasıdır.
“Proseslərin avtomatlaşdırılması mühəndisliyi”, “Elektrik və elektronika mühəndisliyi” və “Energetika mühəndisliyi” ixtisaslarının tədris planlarında yer almış çoxsaylı fənlərin tədrisində bu laboratoriyadan geniş istifadə olunur. Burada tədqiqat aparmaq üçün Avtomatlaşdırma texnikası və Energetika sistemləri adlanan iki laborator kompleks yerləşir.
Avtomatlaşdırma texnikası kompleksinə daxil olan bir sıra laboratoriya stendləri vasitəsilə əsas ixtisas fənlərinin tədrisində 30-dan artıq laboratoriya tədqiqatının aparılması mümkündür.
Energetika sistemləri kompleksinə daxil olan laboratoriya stendləri isə əksər ixtisas fənlərinin tədrisində 60-a yaxın laboratoriya tədqiqatı aparmağa imkan verir.
Tələbələr laboratoriya dərslərində müəllimin nəzarəti altında avtomatlaşdırma və energetika sistemlərində real şəkildə baş verən prosesləri əks etdirən sxemləri yığaraq, eləcə də müxtəlif rejimlərə aid parametrləri dəyişdirərək həmin prosesləri kompüterin ekranında və ya stenddə yerləşdirilmiş cihazların vasitəsilə izləyə bilirlər. Bu, tələbələrə real proseslərin gedişi, onların idarə edilməsi və tənzimlənməsi qaydaları haqqında praktiki biliklər qazandırır.
İctimaiyyətlə əlaqələr şöbəsi