BMU-nun 2024-2025-ci tədris ili üzrə “Brend tələbə”ləri mükafatlandırılıb

18 Noyabr 2025
BMU-nun 2024-2025-ci tədris ili üzrə “Brend tələbə”ləri mükafatlandırılıb

Bakı Mühəndislik Universitetində (BMU) AzEdu.az təhsil portalı və ali məktəblərin birgə əməkdaşlığı ilə reallaşdırılan “Brend tələbə” layihəsi çərçivəsində seçilən tələbələrin mükafatlandırılma tədbiri keçirilib.

Tədbirdə çıxış edənlər- BMU Həmkarlar İttifaqı Komitəsinin sədri Ləman Şərifova, Mühəndislik fakültəsinin dekanı Asif Quliyev, İqtisadiyyat və idarəetmə fükültəsinin dekanı Nəsimi Kamalov layihənin əhəmiyyətini vurğulayıblar. Bildirilib ki, artıq ənənə halını alan bu layihə tələbələrin akademik və sosial fəallıqlarının stimullaşdırılmasına, onların müsbət təhsil nümunələrinin cəmiyyətə təqdim olunmasına xidmət göstərir. Habelə tələbələrin bilik, bacarıq və şəxsi keyfiyyətlərinə əsaslanan belə seçimlər gəncləri məsuliyyətli olmağa, təhsil və inkişaf fəaliyyətlərinə daha həvəslə yanaşmağa təşviq edir.

Tədbirdə AzEdu.az təhsil portalının direktoru Ləman Novruzova artıq 3 ildir həyata keçirilən layihə haqqında məlumat verib və layihəyə artan marağı vurğulayıb. Bildirilib ki, hazırda 29 ali məktəbin qoşulduğu layihənin bütün universitetləri əhatə etməsi nəzərdə tutulur. Eyni zamanda tələbələrin seçim meyarları sırasında akademik göstəricilər, ictimai fəallıq, sosial layihələrdə iştirak, nümunəvi davranış və universitetdaxili təşəbbüslərə töhfələrin əsas götürüldüyü diqqətə çatdırılıb.

Tədbirdə layihə üzrə seçilən BMU-nun aşağıdakı tələbələri təltif olunublar:

Nərmin Hacızadə (Mühəndislik fakültəsi);

Mələk Bayramova (Mühəndislik fakültəsi);

Əminəxatun Bakriyeva (İnformasiya və kompüter texnologiyaları fakültəsi);

Kənan Abbasov (İqtisadiyyat və idarəetmə fakültəsi);

Zeynab Əliyeva (Mühəndislik fakültəsi);

Əli Hüseynov (İqtisadiyyat və idarəetmə fakültəsi);

Laləzər Həşimova (İqtisadiyyat və idarəetmə fakültəsi);

Zəki Əliyarlı (Mühəndislik fakültəsi);

Nilufər Bayramlı (Memarlıq və inşaat fakültəsi);

Şəmistan Nəsibov (İqtisadiyyat və idarəetmə fakültəsi).   

Sonra layihəyə seçilən tələbələr çıxış edərək onlara göstərilən etimada görə təşəkkürlərini bildiriblər. Çıxışlarda universitetdə yaradılan imkanların onların şəxsi və akademik inkişafında mühüm rol oynadığı, belə təşəbbüslərin tələbələri daha da motivasiya etdiyi vurğulanıb.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər